Yaşlı qadını  maşın vurub   öldürdü 
30 oktyabr 2023 20:06 (UTC +04:00)

Yaşlı qadını maşın vurub öldürdü 

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

68 yaşlı İbrahimova Leyla Huseyin qızı yolu keçmək istərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili onu vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4265

Oxşar yazılar