Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 22:41 (UTC +04:00)

Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü

Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 50 yaşlı Vasif Vahidov döyülüb.

Lent.az xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, əməli törədən şəxs saxlanılıb. 

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar