Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi
28 noyabr 2022 15:40 (UTC +04:00)

Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi

Baş Prokurorluq Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev 28.11.2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edib və onlara hədiyyələr təqdim olunub. 

# 2622
avatar

Oxşar yazılar

 Keçmiş arvadını   qaçırıb öldürdü

Keçmiş arvadını qaçırıb öldürdü

28 mart 2023 , 15:42
Bakıda gənc qız şəkilləri ilə   şantaj edildi

Bakıda gənc qız şəkilləri ilə şantaj edildi

28 mart 2023 , 13:53
Abid Şərifovun yeganə oğlu vəfat etdi

Abid Şərifovun yeganə oğlu vəfat etdi

28 mart 2023 , 13:38
Vüqar Səfərlinin əmlaklarının müsadirəsi ilə bağlı qərar ləğv edildi

Vüqar Səfərlinin əmlaklarının müsadirəsi ilə bağlı qərar ləğv edildi

28 mart 2023 , 13:32
İranın xüsusi xidmət orqanlarına işləyənlərin FOTOLARI

İranın xüsusi xidmət orqanlarına işləyənlərin FOTOLARI

28 mart 2023 , 13:25
Bakıda mənzildə YANĞIN -  Ölən var

Bakıda mənzildə YANĞIN - Ölən var

28 mart 2023 , 13:01
Sumqayıtda 47 yaşlı kişi  özünü asdı

Sumqayıtda 47 yaşlı kişi özünü asdı

28 mart 2023 , 12:40
Bakı həbsxanasında daha 3 məhkum  öldü

Bakı həbsxanasında daha 3 məhkum öldü

28 mart 2023 , 12:03