Seda Sayan  üsyan   etdi: "Dərdimi heç kimə danışa bilmirəm"
01 iyul 2026 19:43 (UTC +04:00)

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm"

0

Türkiyəli müğənni və aparıcı Seda Sayan səmimi açıqlamaları ilə yenidən gündəmə gəlib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, uzun illərdir insanların problemlərini dinlədiyini deyən sənətçi, "Dərd anası olmuşam", sözləri ilə diqqət çəkib.

O bildirib ki, hər kəs ona dərdini danışsa da, özü problemlərini demək olar ki, heç kimlə bölüşmür.

"İllərdir insanların dərdini dinləyirəm, amma mən öz dərdimi heç kimə danışmıram", – Sayan etiraf edib.

Sənətçi həyatında dərdlərini bölüşdüyü yeganə şəxsin Safiyə adlı yaxın dostu olduğunu vurğulayıb.

"Bilirsiniz mən dərdimi kimə danışıram? Safiyəyə. Hər kəsin həyatında bir Safiyəsi var", – o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar