Emosiyalar  orqanizmə necə təsir edir?
01 iyul 2026 17:51 (UTC +04:00)

Emosiyalar orqanizmə necə təsir edir?

0

İnsanın emosional vəziyyəti yalnız əhval-ruhiyyəsinə deyil, həm də müxtəlif orqanların fəaliyyətinə təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, uzunmüddətli stress, qorxu, narahatlıq və digər güclü emosiyalar ürək-damar, həzm və endokrin sistemlərin işində dəyişikliklərə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, güclü qəzəb zamanı orqanizmdə stress hormonları ifraz olunur. Bu hormonlar damarların daralmasına, arterial təzyiqin yüksəlməsinə və qaraciyər, mədə, eləcə də dalağın fəaliyyətinə əlavə yük düşməsinə səbəb ola bilər. Tez-tez qəzəblənən insanlarda hipertoniya və baş ağrılarının yaranma riski də artır.

Araşdırmalara görə, dərin kədər hissi də orqanizmdə müəyyən dəyişikliklər yaradır. Bu zaman nəfəsalma səthi xarakter alır və bədən daha az oksigen qəbul edir. Nəticədə ağciyərlərin və ürəyin fəaliyyəti mənfi təsirlə üzləşə bilər. Mütəxəssislər qeyd edirlər ki, uzun müddət davam edən qorxu hormonal tarazlığı dəyişdirə bilər. Bu dəyişikliklər böyrəklərin və endokrin sistemin fəaliyyətinə təsir göstərə bilər.

Tədqiqatçılar xüsusilə xroniki stressin təhlükəli olduğunu vurğulayırlar. Xroniki stress ilk növbədə beynin hipotalamus hissəsinə təsir edir, ürək-damar xəstəliklərinin riskini artırır, orqanizmdə iltihabi prosesləri gücləndirə, arterial təzyiqi yüksəldə və "yaxşı" xolesterin kimi tanınan HDL xolesterinin səviyyəsini azalda bilər. Narahatlıq hissi də həzm sisteminə təsirsiz ötüşmür.

Stress hormonları və neyromediatorların təsiri nəticəsində bağırsaqların fəaliyyəti dəyişə bilər. Bu isə ürəkbulanma, tez-tez tualetə getmək istəyi və digər həzm pozğunluqları ilə müşayiət oluna bilər. Araşdırma müəllifləri bildirirlər ki, emosional vəziyyətə nəzarət etmək və xroniki stressi azaltmaq bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Mütəmadi fiziki aktivlik, keyfiyyətli yuxu, sağlam qidalanma və istirahət emosional sağlamlığın qorunmasına və ümumi orqanizm fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar