Zaqatalada 3 aylıq körpə öldü
02 mart 2023 09:59 (UTC +04:00)

Zaqatalada 3 aylıq körpə öldü

Zaqatalada 3 aylıq körpə ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 6 radələrində xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq 3 aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 8925
avatar

Oxşar yazılar