Zaqatalada FACİƏ:  su maşını 5 yaşlı uşağın üstündən keçdi - YENİLƏNİB
17 iyun 2025 10:05 (UTC +04:00)

Zaqatalada FACİƏ: su maşını 5 yaşlı uşağın üstündən keçdi - YENİLƏNİB

Xəbərə video əlavə olunub

***

16 iyun, saat 21:08

Zaqatalada 5 yaşlı uşağın üstündən yük avtomobili keçib.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində  baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Hacırəhim oğlu Abbasovun idarə etdiyi yük avtomobilinin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25737

Oxşar yazılar