"Liverpul" Nunesin satış qiymətini  müəyyən etdi
17 iyun 2025 09:28 (UTC +04:00)

"Liverpul" Nunesin satış qiymətini müəyyən etdi

 

"Liverpul"un hücumçusu Darvin Nunes yay transfer pəncərəsində klubu tərk edə bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, futbolçu ilə "Milan" və "Napoli" maraqlanır.

İngiltərə klubu futbolçusu üçün 60 milyon avro qiymət qoyub.

"Napoli" uzun müddətdir ki, 25 yaşlı hücumçuya göz dikib.
 
“Milan”da isə yeni baş məşqçi Massimiliano Alleqri Nuneslə müqavilə imzalamaq istəyir.

Darvin bu mövsüm 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar