Bu rayonlara yağış yağır  - FAKTİKİ HAVA
17 iyun 2025 11:40 (UTC +04:00)

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

İyunun 17-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 30, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar