"Çelsi" antirekordun  bir addımlığında
20 aprel 2026 11:34 (UTC +04:00)

"Çelsi" antirekordun bir addımlığında

0

Aprelin 19-də Premyer Liqada "Çelsi" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib. Qonaq komanda qələbə qazanıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, "mavilər"in ardıcıl dördüncü məğlubiyyəti olub və onlar bu dörd oyunun heç birində qol vura bilməyiblər.

London komandası artıq bir əsrdən çoxdur ki, ardıcıl ən çox qol vurmadan məğlubiyyət rekorduna yaxınlaşır; 1912-ci ilin noyabr ayında “Çelsi” ardıcıl beş İngiltərə liqa oyununda qol vurmadan oynayıb.

Xatırladaq ki, "Mançester Yunayted"ə məğlubiyyətdən əvvəl Liam Rossenorun komandası "Nyukasl"a (0-1), "Everton"a (0-3) və "Mançester Siti"yə (0-3) məğlub olub.

Bundan əlavə, “Çelsi” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda da qol vura bilməyib və 0-3 hesabı ilə məğlub olub və bu da onların yarışdan kənarda qalması ilə nəticələnib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar