Hidayət Heydərov Avropa çempionatında gümüş medal  qazandı
17 aprel 2026 18:21 (UTC +04:00)

Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazandı

0

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulub

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxıb.

O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşıb. Təmsilçimiz ipponla qələbə qazanaraq 1/8 finala yüksəlib.

Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib. Olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesdən üstün olub. O, yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşıb.

Bu dueldən də qalib ayrılan Hidayət adını finala yazdırıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olub.

Rəqibinə finalda məğlub olan Olimpiya çempionumuz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar