“Kobra” Pərviz karyerasını niyə bitirir? – Lent.az-a DANIŞDI
16 noyabr 2022 11:30 (UTC +04:00)

“Kobra” Pərviz karyerasını niyə bitirir? – Lent.az-a DANIŞDI

“İdman karyeramda son addımlarımdır. İş adamı olmaq, yeni layihələr reallaşdırmaq istəyirəm”.

Bu sözləri Lent.az-a açıqlamasında “Kobra” ləqəbli peşəkar kikboksçu Pərviz Abdullayev deyib. O, karyerasını bitirmə səbəbindən və bundan sonra hansı işlə məşğul olacağından söhbət açıb:

“Dekabrın 18-i Türkiyənin Alanya şəhərində “FFC” Beynəlxalq Döyüş Yarışında iştirak edəcəyəm. Döyüş canlı yayımlanacaq. Avropalı rəqibimin kimliyi bu yaxınlarda bəlli olacaq. Daha sonra Bakıda da döyüş planım var. Onu qeyd edim ki, bu, mənim karyeramda son addımlarımdır. 

Həm iş adamı olmaq istəyirəm, həm də gələcəkdə film, və ya layihələr reallaşdırmaq istəyirəm. Bu yolda irəliləyirəm. 

Hər sahədə olduğu kimi, idmandan da zamanında getmək daha yaxşıdır.  Artıq 36 yaşım var və olduğum sahədə kifayət qədər uğurlar qazanmışam. Məncə, 36-37 yaş idmanın bitdiyi yaşdır. Gənc döyüşçülər, idmançılar yetişir. Ümumiyyətlə, 2016-cı ildən bu yana heç bir döyüşdə məğlub olmamışam və istəmirəm. Vaxtında idmanı tərk etmək lazımdır. Həm də ki, görəcəyim başqa işlər var. Tez zamanda insanlarla bölüşəcəyəm”. 

Qeyd edək ki, 6 qat dünya çempionu olan Pərviz Abdullayev 2020-2021-ci illərdə "Survivor Türkiye" yarışmasında iştirak edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42