Arvadını elə  qucaqladı ki...   qabırğaları sındı
21 oktyabr 2026 17:45 (UTC +04:00)

Arvadını elə qucaqladı ki... qabırğaları sındı

0

Çində kişi həyat yoldaşını həddindən artıq bərk qucaqlayaraq onun beş qabırğasının sınmasına səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın qucaqlaşmadan sonra güclü ağrı hiss edib və belini düzəldə bilməyib.

Xəstəxanada aparılan tomoqrafiya müayinəsi zamanı onun beş qabırğasının sındığı, daha birində isə çat yarandığı müəyyənləşib.

Kişi baş verənlərə görə çox peşman olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşını bərk qucaqlamaqla sevgisini hiss etdirmək istəyib və belə bir nəticə gözləməyib.

Həkimlər bildiriblər ki, qəfil və güclü qucaqlama, xüsusilə insanı arxadan sıxaraq qaldırmaq döş qəfəsinə qeyri-bərabər təzyiq yarada bilər.

Onlar qucaqlaşarkən gücə nəzarət etməyi və döş qəfəsini sıxmamağı tövsiyə ediblər. Arıq və sümük kütləsi aşağı olan insanlarla xüsusilə ehtiyatlı davranmağın vacibliyi vurğulanıb. Sinəsində artıq ağrı olan şəxsi bərk qucaqlamaq və ya qaldırmaq məsləhət görülmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar