Mançesterdə bütün  spirtli içkiləri   içmişdik
26 may 2023 00:30 (UTC +04:00)

Mançesterdə bütün spirtli içkiləri içmişdik

İngiltərə çempionunun baş məşqçisi Xosep Qvardiola “Brayton”la oyunda iki xal itirməsinə baxmayaraq, komandasının çıxışını yaxşı hesab edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 32-ci turunun "Brayton"la təxirə salınmış oyununda heç-heçədən danışıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

“Yaxşı oyun oldu, “Brayton”u Avropa Liqasına rəsmi vəsiqə qazandığına görə təbrik edirəm. Onlar oynadıqları oyuna görə 100 faiz buna layiqdirlər. Mançesterdə bütün spirtli içkiləri içdikdən 48 saat sonra göstərdiyimiz oyun layiqli alındı.

"Mançester Siti"nin futbolçuları niyə çempion olduqlarını göstərdilər. Biz topla və topsuz nəyə qadir olduğumuzu göstərdik. Mən intensivliyimizdə və ideyalarımızda heç bir azalma hiss etmədim. Onların imkanları oldu, bizim də imkanlarımız oldu, biz qol vurduq, onlar da qol vurdular”, - Qvardiola vurğulayıb.

“Mançester Siti” vaxtından əvvəl Premyer Liqa çempionluğunu təmin edib, “Brayton” isə klub tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək.
 

# 34269
avatar

Oxşar yazılar