"Fənərbağça"nın ulduzu Marko Asensio model Lavinia Leonardla ad günü şərəfinə foto paylaşaraq münasibətlərini təsdiqləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iyun ayında cütlük eyni məkandan - İtaliyanın Sardiniya şəhərindəki dəbdəbəli 7Pines kurortundan fotolar paylaşmışdı.
Cütlük ilk ictimaiyyət qarşısına çıxışını fevralın 28-də “Aston Villa”nın İngiltərə Kubokunda “Kardiff” üzərində qələbəsindən sonra ediblər.
Xatırladaq ki, Asensio 2024-cü ilin iyununda Sandra Qaraldan boşanıb.