Mbappe Fransanın ən çox qol vuranlar  siyahısında Anrini qabaqladı
10 sentyabr 2025 13:01 (UTC +04:00)

Mbappe Fransanın ən çox qol vuranlar siyahısında Anrini qabaqladı

0

"Real"ın hücumçusu Kilian Mbappe Fransa milli futbol komandasının tarixində bombardirlər siyahısında Tyeri Anrini keçib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Fransa 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci mərhələsində sentyabrın 9-da İslandiyanı qəbul edib. Mbappe ilk hissənin sonlarında penaltidən fərqlənib.

Bu qol 26 yaşlı fransalı üçün Fransa millisində keçirdiyi 92 oyunda 52-ci qol olub. Mbappe milli komandanın tarixinin ən yaxşı bombardiri siyahısında Anrini (123 oyunda 51 qol) keçərək açıq şəkildə ikinci yerə yüksəlib.

Fransa millisinin heyətində vurulan qol rekordu 137 oyunda 57 qola sahib olan "Lill"in hücumçusu Olivye Jiruya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar