İmişlidə AĞIR QƏZA: kişi və qadının meyiti  güclə çıxarıldı - YENİLƏNİB
09 noyabr 2026 12:18 (UTC +04:00)

İmişlidə AĞIR QƏZA: kişi və qadının meyiti güclə çıxarıldı - YENİLƏNİB

0

İmişlidə yol qəzası zamanı vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***
11:50

İmişlidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar