Növbəti üç ildə "Barselona"nın baş məşqçisi o olacaq - FOTO
29 may 2023 18:35 (UTC +04:00)

Növbəti üç ildə "Barselona"nın baş məşqçisi o olacaq - FOTO

“Barselona”nın baş məşqçisi Xavi və klub rəhbərliyi yeni müqavilə imzalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis ən azı daha 3 il komandada qalacaq.

Əməkdaşlığın davam etdirilməsi ilə bağlı rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

Xatırladaq ki, Xavi 2021-ci ilin dekabrından mavi qranata rəhbərlik edir. Bu mövsüm o, iki titul qazanmağı bacarıb - İspaniya Superkuboku və İspaniya çempionatı.

# 6675
avatar

Oxşar yazılar