Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu
17 aprel 2026 18:31 (UTC +04:00)

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.

Lent.az "QOL.az"a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib. 

Bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub.

Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.

Qeyd edək ki, Abbas Hüseynov həm də, Q. Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar