“Bizim söz” internet qəzeti “Mediaya ən açıq mətbuat xidməti rəhbəri”ni müəyyənləşdirmək üçün sorğu keçirib. Lent.az-ın məlumatına görə, sorğuya 222 respondent qatılıb. Sorğuya XİN, DYP, BŞTİ, DİN, MM, TN, MN, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərlərinin adı daxil edilib.
Sorğu 9 gün davam edib və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov respondentlərin 57% (127 nəfər) səsini qazanaraq, “Mediaya ən açıq mətbuat xidməti rəhbəri” seçilib. Jurnalistlər V.Əsədovu KİV-lə ən sıx və səmimi münasibətlər quran xidmət rəhbəri adlandırıblar.
Sorğunun nəticələrinə görə, ikinci yeri jurnalistlərin 31%-nin (68 səs) səsini qazanan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim tutub.
İlk üçlüyü isə 8% (17 səs) səs toplayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı qapayıb.

Vaqif Əsədov mediaya ən açıq mətbuat katibi seçildi
0
0
0
0
Oxşar yazılar

2 aya 6 milyon qazandı - İstefaya göndərilən baş məşqçi
2 sentyabr 2025 , 19:51
Şəhərdə "Lamborghini" ilə gəzən "F-1" pilotu həbs olundu
2 sentyabr 2025 , 18:04
"Qalatasaray"ın yeni transferi İlkay Gündoğan İstanbula gəlib
2 sentyabr 2025 , 17:32
"Liverpul" bir transfer pəncərəsi ilə dünya rekordu qırdı
2 sentyabr 2025 , 16:37
“Mançester Siti”nin qapıçısı “Fənərbaxça”ya keçdi
2 sentyabr 2025 , 13:19
“Leypsiq”dən “Yuventus”a TRANSFER
2 sentyabr 2025 , 10:09
Marko Asensio “Fənərbaxça”da
1 sentyabr 2025 , 21:41