Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.
Lent.az NTV-yə istinadla xəbər verir ki, o, bu barədə mediaya açıqlamasında məlumat verib.
“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.
***
13:03
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günündə Azərbaycana səfər edəcəyini bildirib.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.