Zidanın oğlu  bu ölkənin millisinə çağırıldı
03 oktyabr 2025 09:39 (UTC +04:00)

Zidanın oğlu bu ölkənin millisinə çağırıldı

0

"Qranada"nın qapıçısı Luka Zidan 2026 dünya çempionatının seçmə oyunları üçün Əlcəzair yığmasına çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının saytında məlumat verilib.

Luka “Yuventus” və “Real”ın sabiq futbolçusu Zinəddin Zidanın oğludur. 27 yaşlı qapıçı daha əvvəl Fransa gənclər yığmalarında çıxış edib. Onun aktivində beynəlxalq arenada 30 oyun və 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında qazanılmış qələbə var.

İki həftə əvvəl FIFA “Qranada” oyunçusunun idman vətəndaşlığını Fransadan Əlcəzairə dəyişməsini təsdiqləyib.

Əlcəzair yığması 9 oktyabrda Somali ilə, 14 oktyabrda isə Uqanda ilə qarşılaşacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar