Abramoviç Londondan Bakıya 40 min funta yemək gətizdirib
0
0
Böyük Britaniyada Rusiyanın varlı şəxsləri haqqında kitab çapdan çıxıb.
Lent.az-ın məlumatına görə, Mark Hollinqsuort və Stüart Lenslin müəllifi olduğu əsər “Londonqrad və ya Rusiyadan pullarla: Oliqarxların daxildən görünən tarixi” adlanır.
9 funt sterlinq dəyərində olan kitabın girişində bu sözlər yazılıb: “İnanılmaz dərəcədə varlı insanların hədsiz qaba, zövqsüz və zalım xüsusiyyətləri xoşunuza gəlirsə, bu kitab sizin üçündür”.
Əsərdə rusiyalı milyarderlərlə bağlı bir sıra əhvalatlar nəql olunur. Onlardan biri daha maraqlıdır: İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç Bakıya səfəri zamanı (səfər tarixi göstərilməyib – E.M.) Londondakı “Ubon” restoranından suşi sifariş edib. Həmin yemək çatdırılma xərci ilə birgə Abramoviçə 40 min funta başa gəlib.
Müəlliflər alüminium maqnatı Oleq Deripaski, hazırda həbsdə olan YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski və Rusiya rəhbərliyinin qəzəbinə tuş gələn Boris Berezovskinin həyatı haqda da yazıblar. Kitabda qeyd olunur ki, hazırda Londonda yaşayan 300 minədək rus öz icmalarını “Temzada Moskva” adlandırıblar. Həmin emiqrantlardan 100 minə qədəri hədsiz varlıdır. Oliqarxlar impressionistlərin çəkdikləri şəkilləri alırlar.
Berezovskinin villasının isə 20,5 milyon funt qiyməti var. Həmin evə vertolyotla baxarkən, hətta elektrik işlərinə böyük məbləğdə xərc çəkildiyi görünür. Məsələn, 5 min mil uzaqlıqdan evin qapısını kimin döydüyünü görmək mümkündür.
Varlılar “Bugatti” və “Lamborghini” markalı avtomobillər, həddən artıq bahalı yaxtalar alırlar. Kitabda rusiyalı oliqarxlarla ünsiyyətdə olan britaniyalı tanınmış şəxslərin adları da göstərilib. Həmin şəxslərdən biri də müğənni Elton Condur.
Elşən Məmmədov

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05