Ağsuda məktəbli qardaşları  yaralayan qazi SAXLANILDI
06 aprel 2026 11:22 (UTC +04:00)

Ağsuda məktəbli qardaşları yaralayan qazi SAXLANILDI

0

Ağsuda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya  kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-nı isə yumruqla vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar