"Arzum 9999"  azadlıqda - GÖRÜNTÜLƏR  - YENİLƏNİB
22 iyul 2026 14:34 (UTC +04:00)

"Arzum 9999" azadlıqda - GÖRÜNTÜLƏR - YENİLƏNİB

0

Xəbərə video əlavə olunub

***

saat 12:40

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, hüquqi varisi və nümayəndəsi iştirak etməyib.

Müdafiə vəkilləri vəsatət verərək İlduzə Hacıyevanın ev dustaqlığına buraxılmasını xahiş edib.

Bundan başqa, ilkin baxış iclasının istintaqla aparılması xahiş edilib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə ("Whatsapp"da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.

Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1224

Oxşar yazılar