Azərbaycanda DƏHŞƏT:   ata qızını boğub öldürdü - YENİLƏNİB
15 fevral 2022 15:32 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: ata qızını boğub öldürdü - YENİLƏNİB

Sumqayıtda törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

saat 13:55

Sumqayıtda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Şəhər sakini Salam Cəfərov 38 yaşlı qızı Zəminə Cəfərovanı məftillə boğaraq öldürüb.  

Hadisəni tərədən ata saxlanılıb./APA/

# 8712
avatar

Mehman Nəbiyev

Oxşar yazılar