Azərbaycanda oğul atasını  GÜLLƏLƏDİ  - YENİLƏNİB
15 fevral 2022 10:13 (UTC +04:00)

Azərbaycanda oğul atasını GÜLLƏLƏDİ - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Tovuzda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Tovuz rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

***

Saat: 09:15

Tovuzda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 75 yaşlı Qamət Əliyev ov tüfəngi ilə güllələnərək öldürülüb. Onun qətlində oğlu Bakı şəhər sakini 42 yaşlı Ceyhun Əliyev şübhəli bilinərək saxlanılıb.

Qətli törədən C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

# 4503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar