Azərbaycanlıya adam oğurluğuna görə  HÖKM OXUNDU
28 mart 2022 10:10 (UTC +04:00)

Azərbaycanlıya adam oğurluğuna görə HÖKM OXUNDU

Rusiyanın Çita şəhərində azərbaycanlıya hökm oxunub.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, adı açıqlanmayan 38 yaşlı azərbaycanlıya 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını ciddi rejimli həbsxanada çəkəcəyi bildirilir.

Qeyd edək ki, həbs edilən azərbaycanlı Trans-Baykal vilayətində həmyaşıdı olan qadını oğurlamaqda ittiham olunur. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (“Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etmək hədəsi ilə adam oğurlamaq”) ilə cinayət işi açılıb.

# 1629
avatar

Mehman Nəbiyev

Oxşar yazılar