Ələ keçirilən narkotiklər
17 yanvar 2022 15:58 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Bakıda 11 narkotacir həbs edildi - FOTO

Xətai rayon Polis İdarəsinin əməkdaşları Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu zaman Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.

Onlar narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər və Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb, barələrində həbs qətimkan tədbirləri seçilib.

 

# 1278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar