Bakıda ana və iki övladı öldürüldü - ADLAR  - FOTO  - VİDEO  - YENİLƏNİB
20 fevral 2022 17:39 (UTC +04:00)

Bakıda ana və iki övladı öldürüldü - ADLAR - FOTO - VİDEO - YENİLƏNİB

Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

16:43

Bakıda öldürülən şəxslərin adları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.

Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.

İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir. Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.

***

15:29

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Nizami rayonu, "8-ci kilometr" qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki övladını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

# 25794
avatar

Mehman Nəbiyev

Oxşar yazılar