Bakıda daha bir  QULDURLUQ:   boğazına ip dolayıb...
03 fevral 2022 16:02 (UTC +04:00)

Bakıda daha bir QULDURLUQ: boğazına ip dolayıb...

Sabunçu rayonu, Nardaran qəsəbə sakini Elsevər Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər onun boğazına ip dolayaraq, həmçinin bıçaqla hədələyərək pul verməsini tələb ediblər. 

Lent.az-ın məlumatına görə, boğulduğunu görən sürücü üstündə olan bütün pulları onlara verib. Hadisəni törədənlər qaçıblar.

Onların saxlanılaraq istintaq təhvil verilməsi üçün axtarışlar davam etdirilir.

# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar