Gəncədə narkokuryer saxlanıldı
18 fevral 2022 08:07 (UTC +04:00)

Gəncədə narkokuryer saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. 

Lent.az-ın xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar  Qarayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşdan  Bakı şəhəri ərazisində gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman avtomobildən çəkisi 203 qram olan “heroin” aşkar olunaraq götürülüb.
 

# 1941
avatar

Oxşar yazılar