Şirvanda heroin satan tutuldu - FOTO
10 yanvar 2022 18:58 (UTC +04:00)

Şirvanda heroin satan tutuldu - FOTO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Yadigar Məmmədov

# 1998
avatar

Mehman Nəbiyev

Oxşar yazılar