Qeyri-adi libasları və imici ilə gündəmə gəlməyi sevən estrada ulduzu Filipp Kirkorov yenidən tamaşaçıları təəccübləndirib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, tədbirlərdən birində Kirkorovu tanımaq çox çətin olub.
Müğənni əvvəllər ağ rəngə boyadığı saç və saqqalını qaraldaraq, qeyri-adi bir kostyumda kameraların qarşısına keçib.
“Çılpaq şou”dan sonra tənqid olunub, “inzivaya” çəkilmiş Kirkorov tamamilə dəyişdiyini, başqa birinə çevrildiyini deyərək, yenidən meydanları silkələyəcəyini bildirib.