“Ekranı mavilər bürüyüb” - Xalq artisti od püskürdü
08 aprel 2024 10:08 (UTC +04:00)

“Ekranı mavilər bürüyüb”- Xalq artisti od püskürdü

 “Əsəbindən oturub sakit efirə baxa bilmirsən. Mavi ekran mistik bir qüvvənin tilsiminə düşüb daha da maviləşir, hec bir jurnalistika təhsili olmayan, özünü teatrşünas, sənətşünas daha nə bilim zadşünas kimi sırıyanların, özlərinin namusu olmayıb millətə namus dərsi keçənlərin əlində qalıb”.

Bu fikirləri Lent.az-a Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.

O ad çəkmədən bəzi aparıcıların hədlərini aşdığını söyləyib.

“Çıxır efirdən onu-bunu hədələyir, şantaj edir. Aktrisalara sataşır. Deyir qoca yaşında gənc qadını oynamaq istəyir. Bu teatr üçün ayıb deyil, böyük sənətkarın buna gücü, potensialı yol verirsə niyə də olmasın. Aktrisanın hansısa rolu oynamaq istəməsi ayıb deyil, bu onun sənətidir, kişi olub özünü arvad kimi aparmaq, ev yıxmaq, ara qarışdırmaq, başqalarının çörəyi ilə oynamaq ayıbdır. Özlərini efirdən millətin gözünə mələk kimi soxmağa çalışırlar, biz kimin nə olduğunu çox gözəl bilirik, keçmişləri də  göz qabağında olub. Kasıblara makaron, 1-2 kilo ət paylayıb özünü gözə soxan “moşennik” indi bəyəm müqəddəs olub ki, özünü böyük-böyük sənətkarlara  söz demyə haqlı hesab edir? Sənin nə haqqın var kimisə təhqir edəsən, onun haqqında ağzına gələni danışasan? Aparıcılıq etmək sənə kimisə təhqir etmək üçün tapşırılmayıb. Kimdir bunların arxasında duranlar? Siz bu gün kimlərinsə hesabına bahalı maşında gəzə, ev- eşik sahibi ola bilərsiniz, amma tarixin yaddaşında “paparoza “ kimi qalacaqsınız. Belələrini efirdən qovmaq lazımdır”,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5559
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07