Tanınmış müğənninin maşınından 6 min oğurlayan  SAXLANILDI
02 yanvar 2023 12:37 (UTC +04:00)

Tanınmış müğənninin maşınından 6 min oğurlayan SAXLANILDI

Müğənni Nəfəsin maşınından külli miqdarda pul oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev saxlanılıb.

# 2379
avatar

Nigar Namiq

Oxşar yazılar