Həmcinsi ilə sevgili olan məşhurlar - SİYAHI
15 aprel 2024 17:19 (UTC +04:00)

Həmcinsi ilə sevgili olan məşhurlar - SİYAHI

Hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Natiq Nailəoğlunun öz həmcinsi ilə evlənməsi xəbəri gündəmə bomba kimi düşdü. Bu hadisə analoji addım atmış bir çox məşhurları da yada salıb.

Lent.az həmcinsi ilə evlənmiş məşhurlar barədə məlumat verir. Onların arasında siyasətçilər çoxluq təşkil edir.

Amerikada yaşayan həmyerlimiz jurnalist İsmayıl Cəlilov həmcinsi ilə sevgili olduğunu etiraf edib.

Bir müddət öncə Amerikada yaşayan digər soydaşımız, jurnalist Mahizər Salmanova bir xanımla evləndiyini bəyan etdi.

 Britaniyalı müğənni Ser Elton Con sevdiyi kişi ilə rəsmi nikaha girib və övladlığa  uşaq götürüb.

Dünya şöhrətli müğənni Rikki Martin də həmcinsi ilə evləndikdən sonra 4 uşaq atası (və ya anası, bunu hələ qanun müəyyən etməyib) oldu.

Məşhur aparıcı Ellen De Ceneresin sevgilisi də xanımdır.

Hollivud ulduzu Tilda Suinton rəssam Sandra Koppla sevgilidir.

Model Kara Delevin həmcinsi Emberd Harda aşiqdir.

2 dəfə “Oskar” almış aktrisa Codi Foster həmcinsi ilə sevgili olduğunu bəyan eləsə də, ad açıqlamayıb.

Rusiyalı müğənnilər Dima Bilan, Nikolay Baskov, Filipp Kirkorovun öz həmcinsləri ilə seksual münasibətləri olması barədə xəbərlər yayılıb.

ABŞ Nəqliyyat naziri Peter Butijic həmcinsi ilə evləndikdən sonra 2 övladı dünyaya (daşıyıcı anadan istifadə edilərək) gəlib.

2009-cu ildə İslandiyanın baş naziri seçilən xanım Yohanna Siqurdardottir ərindən ayrıldıqdan sonra həmcinsi, jurnalist Yonina Leosdottirlə vətəndaş nikahına daxil olub. 

2011-ci il dekabrın 6-dan Belçika baş naziri səlahiyyətlərini icra edən Elio Di Rupo da həmcinsi ilə nikaha girmişdi.

2013-cü ildə Lüksemburqun baş naziri olmuş Ksavye Bettel  belçikalı memar Desteney Qotye ilə vətəndaş nikahında yaşayıb.

2009-cu ildə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri təyin olunmuş Qido Vestervelle idman meneceri Mixael Mronçla nikaha daxil olub.

2013-cü ildən Norveçin Səhiyyə naziri olan Bent Xöye Daq Terye Solvanqla evlidir.

2012-ci il seçkilərində Respublikaçılar partiyası adından öz namizədliyini irəli sürmüş Fred Karger Karger ABŞ tarixinə ilk açıq homoseksual prezidentliyə namizəd kimi düşüb.
 
 

# 8379
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Məşhur model sensasiyalı fiqurunu  nümayiş etdirdi -FOTOLENT

Məşhur model sensasiyalı fiqurunu nümayiş etdirdi -FOTOLENT

29 may 2024 , 00:15
Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

28 may 2024 , 06:32
Məşhur müğənni boşanır

Məşhur müğənni boşanır

27 may 2024 , 21:57
Tünzalə Ağayeva  fərqli geyimi   ilə diqqət çəkdi

Tünzalə Ağayeva fərqli geyimi ilə diqqət çəkdi

27 may 2024 , 17:56
Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA  - YENİLƏNİB

Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA - YENİLƏNİB

27 may 2024 , 16:52
Madonna  30 yaşlı sevgilisindən   ayrıldı

Madonna 30 yaşlı sevgilisindən ayrıldı

27 may 2024 , 14:30
Məşhur aktyor GÜLLƏLƏNDİ

Məşhur aktyor GÜLLƏLƏNDİ

27 may 2024 , 11:41
Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

27 may 2024 , 10:20