Əli Mirəliyevə kəskin reaksiya...
19 mart 2013 15:41 (UTC +04:00)

Əli Mirəliyevə kəskin reaksiya...

Dünən axşam ATV-də  “Qrup № 1”-in  növbəti efiri oldu. Verilişin bu həftəki münsif qonaqları  prodüser Namiq Qafarov və müğənni Əli Mirəliyev idi.  Buraxılış maraqlı dialoqlarla , münsiflərin çıxışları , fərqli yanaşmaları ilə yadda qaldı. Qalmaqalla başlayan efirin gedişatında həyəcan getdikcə artırdı. Dəqiqələr irəlilədikcə  münsiflər arasında dialoqlar da gərgin məcraya yönəlirdi. Əli Mirəliyevin  “Qrip” qrupuna yönəlmiş tənqidi fikirlərinə iştirakçı qruplar tərəfindən kəskin reaksiya gəlirdi.   Asif Kərimovla Əli Mirəliyevin diskussiyası emosional şəkil alırdı. Namiq Qafarovun iştirakçılara yönəlmiş tənqidlərinə Elçin İmanov  dəstək verirdi. Vüsalə Hikmət isə öz neytrallığını qoruyurdu. Həm “Qrip” , həm də  “Kral” qrupu tamaşaçılara özünəməxsus tərzdə şou göstərdi.  Efirin sonunda toxunulmaz qrup İdeal  , sona qalan  isə “Xan” oldu və “Abşeron” qrupunu duelə çağırdı. Bu həftəki duelin qalibi isə Kral qrupu oldu.  

 

Hər həftənin bazar ertəsi, saat 21:30- da ATV kanalının efirində yayımlanan “Qrup № 1”  izləməyi unutmayın.

 

 

Qeyd edək ki, “Qrup № 1” layihəsinin informasiya dəstəkçisi Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199

Oxşar yazılar