Məşhur cütlük  ayrıldı? Sosial şəbəkədəki addım ələ verdi
23 noyabr 2026 10:58 (UTC +04:00)

Məşhur cütlük ayrıldı? Sosial şəbəkədəki addım ələ verdi

0

Türkiyənin məşhur aktyorları Eylül Tumbar və Enes Koçakın ayrıldığı iddia olunur. Cütlüyün sosial şəbəkədə atdığı addım sevənlərini təəccübləndirib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir sevgili olan aktyorların münasibətində böhran yaşandığı bildirilir.

İddialara səbəb Eylül Tumbar və Enes Koçakın “Instagram”da bir-birini izləmədən çıxarması olub.

Serial çəkilişlərində başlayan tanışlıqları sonradan sevgiyə çevrilən cütlüyün bu addımı münasibətlərinin sona çatması barədə söz-söhbətlərə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri məşhur aktyorların ayrılıb-ayrılmadığını müzakirə etməyə başlayıblar.

Lakin Eylül Tumbar və Enes Koçak hələlik ayrılıq iddialarına münasibət bildirməyiblər.

Cütlüyün münasibətlərinin həqiqətən bitib-bitmədiyi isə hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar