Ölkə təmsilçimiz məlum oldu
18 fevral 2013 17:34 (UTC +04:00)

Ölkə təmsilçimiz məlum oldu

Bu il Aprelin 8-10 -da Moldovada keçiriləcək WorldStar International Contest müsabiqəsində Azərbaycanı  təmsil edəcək iştirakçının kimliyi məlum olub. 87  nəfər gəncin arasından 18 yaşlı Ena Kameliya seçilib. Əslən Cənubi Azərbaycandandır, Bakıda doğulub.Bu barədə Lent.az-a  yarışmanın Azərbaycan milli seçimlərinin direktoru  Hüseyn Cavadzadə məlumat

verib: " Bu il ölkəmizi təmsil edəcək Enanın həm səsi, həm də xarici görünüşü  bütün tələblərə cavab verir. Biz seçimimizdən razıyıq. Artıq yarışmaya hazırlıq prosesləri gedir. Gələn ay müsabiqə mahnısını ictimaiyyətə təqdim edəcəyik" 

 

Qeyd edək ki, festivalda 30 - dan çox ölkə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3019

Oxşar yazılar