Astarada bir yol qəzası 5 kəndi qazsız  qoydu -YENİLƏNİB
22 noyabr 2026 11:37 (UTC +04:00)

Astarada bir yol qəzası 5 kəndi qazsız qoydu -YENİLƏNİB

0

Astarada 5 kəndin qaz təchizatının dayandırılmasına səbəb olan yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarından keçən qaz xəttinə çırpılıb. Qaz xəttinin zədələnməsi səbəbindən 5 kəndin qaz təchizatında fasilə yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb./ APA

 

***

11:05

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.

Hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar