Olland xanımından ayrıldı
25 yanvar 2014 22:12 (UTC +04:00)

Olland xanımından ayrıldı

Fransa prezidenti Fransua Ollandla vətəndaş nikahında olduğu xanımı Valeri Trierveylerlə münasibəti dünya mediasının gündəliyindədir.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, F.Olland «Frans press»-ə müsahibəsində V.Trierveylərlə münasibətini kəsdiyini bəyan edib.

 

Xatırladaq ki, Yelisey sarayı (Fransanın prezident sarayı) prezident Fransua Ollandın xanımı ilə münasibətini kəsdiyini rəsmi açıqlayacağı xəbərini təkzib etmişdi.

 

Fransa KİV isə prezidentə yaxın dairələrə əsaslanaraq, bildirmişdi ki, yanvarın 25-də prezident məsələ ilə bağlı rəsmi bəyanat verəcək.

 

Prezident administrasiyası ölkə KİV-in «yalan və şayiə» yaydığını bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar