Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib.
Lent.az APA-ya istinadla xəbər verir ki, vida mərasimi Dövlət Akademik Milli Dram Teatrında keçirilir.
***
11:47
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.


