Rusiyanın Tuva Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın məlumatına görə, bu barədə region üzrə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar martın 30-da gecə saatlarında Kızıl rayonunda, Çerbi kəndindən 46 km şimalda qeydə alınıb.
Zəlzələ əhali tərəfindən hiss olunmayıb və fövqəladə xidmətlərə müraciət daxil olmayıb.
Həyati əhəmiyyətli obyektlər normal rejimdə fəaliyyət göstərir.