Çində düşüncə ilə idarə olunan  robot-it təqdim edildi
30 mart 2026 06:31 (UTC +04:00)

Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi

0

Çində Szyaotun Universitetinin alimləri robot-itin düşüncə ilə idarə olunmasına imkan verən sistem hazırlayıblar.

Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, texnologiya qeyri-invaziv "beyin-kompüter" interfeysinə əsaslanır və insanın beyin siqnallarını oxuyaraq onları komandaya çevirir.

Məlumata görə, robot hazırda 11 sadə əmri (irəli, geri, dönmə və s.) 95%-dən çox dəqiqliklə yerinə yetirir və reaksiya müddəti təxminən bir saniyədir.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə reabilitasiya, yaşlılara qulluq və hərəkət məhdudiyyəti olan şəxslərə yardım sahəsində istifadə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar