“ƏSA” Teatrı Lənkəranda anşlaqla qarşılandı
22 iyul 2019 16:47 (UTC +04:00)

“ƏSA” Teatrı Lənkəranda anşlaqla qarşılandı

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı Lənkəranda qastrol səfərindədir.
 
Bu barədə məlumatı Lent.az-a teatrın baş meneceri Nicat Qulam verib. O bildirib ki, cənub bölgəmizin döyünən ürəyi olan Lənkəran şəhərindəki N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində ƏSA Teatrının repertuarından tamaşaçıların sevimli "Adamlar və siçanlar" tamaşası anşlaqla baş tutub:
 
"Cari teatr mövsümünü qastrol səfəri ilə yekunlaşdıran ƏSA Teatrına olduqca böyük marağın olması Lənkəran səhnəsində bir daha qabarıq şəkildə görünüb.
 
Amerikalı yazıçı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanığa mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir.
 
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur".
 
Qeyd edək ki, "Adamlar və siçanlar" tamaşası paytaxt Bakı ilə yanaşı regionlarda da nümayiş olunub. Tamaşaçıların teatra olan marağını nəzərə alaraq Naxçıvanda və Lənkəranda böyük coşğu ilə qarşılanıb.
 
Həmçinin ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

5 may 2025 , 16:51
Hollivud  batmaq üzrədir...

Hollivud batmaq üzrədir...

5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli   filmləri - SİYAHI

2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI

5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial  -VİDEO

Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO

5 may 2025 , 12:10
"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir?  - Evində ölü tapılan  model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən  vəfat etdi

Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi

3 may 2025 , 10:37