Alimlər süni intellekt sistemlərində istifadə olunan yaddaş texnologiyasının enerji sərfiyyatını kəskin azaltmağa imkan verə biləcək yeni üsul təqdim ediblər.
Lent.az xəbər verir ki, bu barədə SciTechDaily məlumat yayıb.
Tədqiqatçılar rəqəmsal yaddaşda mikroskopik maqnit dəyişikliklərindən istifadə edən yeni yanaşma üzərində çalışırlar. İlkin nəticələr bu texnologiyanın məlumatların saxlanması və emalı zamanı enerji istifadəsini əhəmiyyətli dərəcədə azaltmaq potensialına malik olduğunu göstərir.
Bu xüsusilə böyük süni intellekt modelləri üçün vacibdir. Çünki AI sistemlərinin inkişafı ilə məlumat mərkəzlərinin enerji tələbatı da sürətlə artır.