Prezident İlham Əliyev Səkinə İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, S. İsmayılova muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə bu mükafata layiq görülüb.