İlk qatıq belə hazırlanıb
09 noyabr 2022 18:35 (UTC +04:00)

İlk qatıq belə hazırlanıb

“İlk dəfə qatıq necə yaranıb?” Sualı ətrafında təfərrüatlar ortaya çıxıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, belə ki, bu barədə müxtəlif səyyahların fikirləri mövcuddur.

Məsələn, 1625-ci ildə ingilsi səyyah Samvel Purças türklərin turşumayana qədər südü istifadə etmədiklərini, turşuyan formasına isə qatıq dediklərini görüb. Ancaq bu da qatığın ilk dəfə yaranması anlamına gəlmir. Çünki qatığın hazırlanması üçün hamının bildiyi bir forma var. O da südə qatıq əlavə etmək. Ancaq üsul tək bu deyil.

Birinci əsrdə Roma filosofu Plini barbar tayfalarının südü necə qatığa çevirdiklərini yazıb. Onun qeydlərinə görə, barbarlar südün çox hissəsini heyvanın daxili orqanlarından hazırlanan dərinin içərisinə qoyublar. Burada süd dəridəki bakteriyalarla reaksiyaya girərək, indiki qatığa bənzər bir şey yaradıb.

Digər versiyaya görə, qatıq təsadüf nəticəsində yaranıb.

Qatıq ilk dəfə eradan əvvəl 4-5-ci minilliklərdə Mesopotomiyada yaranıb. Həmçinin bundan da əvvəl, 6-cı minillikdə hind dini kitablarında süd məhsullarından istifadənin orqanizmə faydası əks olunub.

Qatıq Avropaya ilk dəfə 1542-ci ildə, tez-tez qızdırma və qusma ilə üzləşən Fransa kralı birinci I Fransisk tərəfindən gətirilib.

# 2037
avatar

Oxşar yazılar

Çay süfrələrin bəzəyi, ləzzətli  qurabiyə resepti

Çay süfrələrin bəzəyi, ləzzətli qurabiyə resepti

26 yanvar 2023 , 18:31
Xərçəngin dərmanı xalyar necə bişirilir? - Kilosu 25 manatdır

Xərçəngin dərmanı xalyar necə bişirilir? - Kilosu 25 manatdır

24 yanvar 2023 , 16:57
Beş dəqiqəyə hazırlanan  qiyməli qəlyanaltı

Beş dəqiqəyə hazırlanan qiyməli qəlyanaltı

23 yanvar 2023 , 19:55
Dünya mətbəxinin ən maraqlı piroqları:   Balıqlı, makaronlu..

Dünya mətbəxinin ən maraqlı piroqları: Balıqlı, makaronlu..

23 yanvar 2023 , 16:39
 İnsanı uşaqlığa   aparan məşhur peçenye resepti

İnsanı uşaqlığa aparan məşhur peçenye resepti

19 yanvar 2023 , 18:32
Dünyanın ən dadlı şirniyyatları:  Azərbaycan paxlavası da var

Dünyanın ən dadlı şirniyyatları: Azərbaycan paxlavası da var

18 yanvar 2023 , 19:33
Kakaolu, dadlı  və gözəl görünüşlü şirniyyat

Kakaolu, dadlı və gözəl görünüşlü şirniyyat

18 yanvar 2023 , 08:45
“Daimi makaron yemək  tez arıqladır”   - Diyetoloq

“Daimi makaron yemək tez arıqladır” - Diyetoloq

16 yanvar 2023 , 13:29