Ən yumuşaq balıq kotleti RESEPTİ
03 iyul 2025 14:18 (UTC +04:00)

Ən yumuşaq balıq kotleti RESEPTİ

Bu balıq kotletləri – əsl tapıntıdır. Onlar hündür, yumşaq, şirəli və çox dadlı alınır. Kartof püresi, tərəvəzlər və ya sadəcə bir dilim təzə çörəklə əla gedir.

Lent.az bu kotlet reseptini təqdim edir:

Tərkibi:

Balıq filesi – 300-400 qram

Bişmiş yumurta – 1 ədəd

Çiy yumurta – 1 ədəd

Çiy kartof – 1 ədəd

Quru çörək və ya suxarı – 2-3 dilim

Daxili donuz yağı (salo) – 50 qrm (istəyə görə azalda və ya əlavə etməyə bilərsiniz)

Duz, istiot – zövqə görə

Buzlu su və ya konyak – 40 millilitr

Un və ya çörək qırıntısı (suxarı)

Qızartmaq üçün yağ

Hazırlanma qaydası

1. Farşın hazırlanması

Balıq və soğanı ətçəkən maşından (mümkünsə 2 dəfə) və ya blenderdən keçirin. Üzərinə rəndələnmiş çiy kartof, bişmiş yumurta, duz və istiot əlavə edin.

Quru çörəyi və ya suxarını ovub xırdalayın, farşa əlavə edin. İstəyə görə xırda doğranmış donuz yağı da əlavə edin. Sonra buzlu suyu və ya konyakı qarışıma qatın.

2. Farşın yoğrulması

Çiy yumurtanı əlavə edin və qarışığı yaxşıca yoğurun – kütlə vahid və elastik olmalıdır. Farşı 15-20 dəqiqə dincə qoyun ki, suxarılar rütubəti çəkib yumşalsın.

3. Kotletlərin formalaşdırılması və qızardılması

Kotletləri formalaşdırın, un və ya çörək qırıntısında yuvarlayın. Qızdırılmış tavada bitki yağında orta odda qızılı rəng alanadək bir tərəfini qızardın. Digər tərəfini isə qapağın altında bişirin – bu, onların daha yumşaq qalmasını təmin edəcək.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar